İdman

Katya Aveyru: "DÇ-2026 Ronaldunun milli komandada son turniri olacaq"

03 Jul 2026, 14:00 2 baxış
Katya Aveyru: "DÇ-2026 Ronaldunun milli komandada son turniri olacaq"
Əfsanəvi portuqaliyalı hücumçu Kriştianu Ronaldunun bacısı Katya Aveyru qardaşının dünya çempionatından (DÇ-2026) sonra milli komandadakı karyerasını başa vuracağı ilə bağlı səs-küylü bəyanat verib. Oxu.Az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. "Bildiyim qədəri ilə, artıq vidalaşmaqdan danışmaq olar. Düşünürəm ki, bu, həqiqətən də sonuncu turnirdir. Söhbət milli komandadan gedir. Etibarlı mənbədən əldə etdiyim məlumata görə, bu dünya çempionatı onun "son rəqsi" olacaq", - deyə Aveyru bildirib. Xorvatiya ilə matçdan öncə bacısının bu fikirlərinə münasibət bildirən Portuqaliya yığmasının kapitanı hələlik yekun qərar qəbul etmədiyini vurğulayıb. Jurnalist Fabritsio Romanonun "X" sosial şəbəkəsində ulduz futbolçuya istinadən yazdığına görə, Ronaldo deyib: "Mən tələsik qərarlar vermirəm. Qərarımı indi deyil, turnir başa çatdıqdan sonra verəcəyəm". Qeyd edək ki, Portuqaliya millisi DÇ-2026-nın 1/16 final mərhələsində Xorvatiya üzərində 2:1 hesablı qələbə qazanıb. Dünya çempionatının 1/8 finalında portuqaliyalılar 1/16 final mərhələsində Avstriyanı 3:0 hesabı ilə məğlub edən İspaniya yığması ilə qarşılaşacaqlar. Həmin görüş iyulun 6-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər