İdman
Yulian Naqelsmanın Almaniya millisində gələcəyi necə olacaq?
Futbol üzrə Almaniya milli komandasının baş məşqçisi Yulian Naqelsman tutduğu vəzifədən istefa vermək qərarına gəlib. Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. Xatırladaq ki, Almaniya yığması dünya çempionatının 1/16 final mərhələsində Paraqvay komandasına məğlub olub. Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə bərabərliklə yekunlaşsa da, həlledici penaltilər seriyasında 4:3 hesabı ilə paraqvaylılar dəqiq olublar. Qeyd edək ki, 38 yaşlı Y.Nagelsman Almaniya yığmasına 2023-cü ilin sentyabr ayından rəhbərlik edirdi. Məhz onun baş məşqçiliyi altında komanda 2024-cü ildə doğma meydanda keçirilən Avropa çempionatının 1/4 final mərhələsinə qədər irəliləməyi bacarmışdı.
Mənbə
oxu.az