Digər
NATO yeni müdafiə bankı yaradır – Ankarada elan ediləcək
Kanada Baş naziri Mark Karni NATO-nun Türkiyədə keçiriləcək sammitində yeni müdafiə bankının yaradılmasını elan edəcək.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Kredit təşkilatının məqsədi alyans üzvlərinin müdafiə qabiliyyətini gücləndirmək üçün 133 milyard dollara qədər vəsait cəlb edərək, NATO üzvləri və müttəfiq ölkələrə hərbi layihələrin maliyyələşdirilməsi məqsədilə aşağı faizli kreditlər verməkdir. Kanadanın ilkin töhfəsinin 1,7 milyard dollar olacağı gözlənilir”, - məlumatda deyilib.
Qeyd olunub ki, yeni bankın təsisçiləri təxminən 10 NATO ölkəsi olacaq.
Mənbə
axar.az