Dünya
Alimlər ilk dəfə qidalana və çoxala bilən sintetik hüceyrə yaratdılar - FOTO - VİDEO
ABŞ-nin Minnesota Universitetinin alimləri ilk dəfə olaraq tamamilə sıfırdan qidalana, böyüyə və çoxala bilən sintetik hüceyrə yaradıblar. Oxu.Az CNN telekanalına istinadən xəbər verir ki, sintetik biologiya sahəsindəki bu mühüm nailiyyət canlı kimi fəaliyyət göstərən, fərdi sifarişlə hazırlanmış orqanizmlər erasının başlanğıcı ola bilər.
Tədqiqatçılar qeyd edirlər ki, yaradılan bu hüceyrə qeyri-spesifikdir. O, nə bitki, nə də heyvan mənşəlidir, quruluşca daha çox sadə bakteriyaya bənzəyir. Eyni zamanda, gələcəkdə onu dünyadakı bəzi ciddi bioloji problemlərin həlli üçün insana uyğun şəkildə proqramlaşdırmaq mümkün olacaq. Söhbət onilliklər ərzində mütəxəssislərin bəşəriyyətin problemlərini həll etmək üçün təbii hüceyrələrin biomühəndisliyi üzərində apardıqları gərgin işlərdən gedir. Alimlərin fikrincə, sintetik hüceyrələr elmdə yeni bir mərhələdir. Sintetik hüceyrələrin inkişafı bir çox sahədə yeniliklərə yol aça bilər: - Xərçəngin müalicəsi üçün yeni və daha effektiv üsulların yaradılması. - Atmosferdə karbonun tutulması üçün fərqli yanaşmaların tətbiqi. - Müxtəlif kimyəvi maddələrin istehsalında yeni üsulların formalaşdırılması.

Mənbə
oxu.az
Oxşar Xəbərlər