İdman
DÇ-2026: Portuqaliya 1/8 finalda - VİDEO
2026-cı il dünya çempionatının 1/16 final mərhələsi çərçivəsində Portuqaliya və Xorvatiya milliləri qarşılaşıblar. Oxu.Az xəbər verir ki, oyun Kanadanın Toronto şəhərində yerləşən "BMO Field" stadionunda baş tutub. Görüşü norveçli baş hakim Espen Eskosun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Matç Portuqaliya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib komandanın heyətində qolları Kriştianu Ronaldu (penaltidən) və Qonsalu Ramuş (90+4-cü dəqiqədə) vurublar. Xorvatiya millisində yeganə dəqiq zərbəni İvan Perişiç reallaşdırıb. Bu qələbə sayəsində Roberto Martinesin rəhbərlik etdiyi Portuqaliya millisi 1/8 finala yüksəlib. Komanda növbəti mərhələdə İspaniya millisi ilə üz-üzə gələcək. Xatırladaq ki, Portuqaliya yığması qrup mərhələsini K qrupunda ikinci pillədə başa vuraraq pley-offa yüksəlmişdi. Komanda Özbəkistanı 5:0 hesabı ilə məğlub edib, Konqo Demokratik Respublikası ilə 1:1, Kolumbiya ilə isə 0:0 hesablı sülh bağlamışdı.

Mənbə
oxu.az