İdman
Unai Simon dünya çempionatları tarixinin mütləq rekordçusu oldu
İspaniya millisinin qapıçısı Unai Simon dünya çempionatları tarixinin mütləq rekordunu qırıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, DÇ-2026-nın 1/16 final mərhələsində Avstriya ilə oyunda (3:0) qapısını toxunulmaz saxlayan 29 yaşlı qolkiper mundialdakı "quru oyunlar" seriyasını uzadıb. Bununla da, dünya çempionatlarında qapısından qol buraxmadan 519 dəqiqə keçirən Simon əfsanəvi italyan qapıçı Valter Dzenqanın 36 illik (517 dəqiqə) rekordunu geridə qoyaraq turnir tarixinin ən yaxşı göstəricisinə imza atıb.
Mənbə
oxu.az