Dünya

İndoneziyada sevgili cütlüyü qamçı ilə döydülər - İLGİNC SƏBƏB

03 Jul 2026, 02:34 1 baxış
İndoneziyada sevgili cütlüyü qamçı ilə döydülər - İLGİNC SƏBƏB
İndoneziyanın Banda-Açex şəhərində sevgili olan cütlük öpüşdükləri üçün ictimaiyyət qarşısında qamçı ilə döyülüb. Onlar islami qaydaları pozduqları üçün və bu yolla cəzalandırılıb. Oxu.Az xəbər verir ki, bu barədə "CNN Indonesia" telekanalı məlumat verib. Bildirilib ki, 22 yaşlı qız və 25 yaşlı oğlan "TikTok"da gedən yayım zamanı avtomobildə öpüşüblər. Məhkəmə gəncləri Açexin Şəriət Cinayət Qanununun maddələrindən birinin pozulmasında təqsirli bilib. Onların hər biri 21 şallaq cəzasına məhkum edilib. Telekanalın məlumatına görə, cəzanın icrası zamanı qız ağrı səbəbindən bir neçə dəfə dayanmalarını istəyib, son zərbədən sonra isə təxminən iki dəqiqəlik huşunu itirib. Ona həkimlər yardım edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər