Dünya

Pentaqonun "qara qovluğu" açıldı: 1949-cu ildə hərbi bazanın səmasında 200 UNO müşahidə edilib

03 Jul 2026, 03:00 1 baxış
Pentaqonun "qara qovluğu" açıldı: 1949-cu ildə hərbi bazanın səmasında 200 UNO müşahidə edilib
ABŞ hərbçiləri 1949-cu ildə Nyu-Meksiko ştatında yerləşən və nüvə silahlarının hazırlandığı Sandia bazası yaxınlığında bir gün ərzində 200-ə yaxın uçan naməlum obyekt (UNO) müşahidə ediblər. Oxu.Az xəbər verir ki, bu barədə Pentaqonun rəsmən dərc etdiyi sənədlərdə qeyd olunub. Məxfiliyi ləğv edilmiş materiallara ABŞ-nin strateji hərbi obyektlərinin yaxınlığında qeydə alınan UNO müşahidələri haqqında 116 səhifəlik hesabat daxildir. Sənəd 1948-1950-ci illər ərzində baş vermiş yüzlərlə epizodu əhatə edir və qeyri-adi hadisələrin Nyu-Meksiko səmasında, eləcə də ABŞ Silahlı Qüvvələrinin obyektləri yaxınlığında müntəzəm şəkildə baş verdiyini təsdiqləyir. Arxiv sənədlərinə əsasən, 30 yanvar 1949-cu il tarixində Alamaqordo yaxınlığında təxminən 200-ə yaxın UNO görünüb. Naməlum obyektlər tədricən aşağı enən və daha sonra gözdən itən "parıldayan yaşıl sferalar" kimi təsvir edilib. Bu hadisədən beş dəqiqə əvvəl isə bənzər yaşıl-mavi rəngli obyektlər Rozuell yaxınlığında müşahidə olunub. Xatırladaq ki, Rozuell şəhəri 1947-ci il iyulun 2-də yaxınlıqda baş vermiş məşhur UNO qəzası ilə tanınır. Məhz bu hadisə ilə əlaqədar 2 iyul tarixi dünyada "Beynəlxalq UNO Günü" kimi qeyd olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər