İdman

Emil Mustafayev daha 2 il "Sumqayıt"da

03 Jul 2026, 01:36 1 baxış
Emil Mustafayev daha 2 il "Sumqayıt"da
2026-2027 mövsümü üçün heyət çalışmalarına start verən "Sumqayıt" FK futbolçu Emil Mustafayevin məxsus olduğu Ukraynanın "Polissya" klubu ilə transfer anlaşması əldə edib. Oxu.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb. 24 yaşlı futbolçu növbəti iki mövsüm ərzində "Sumqayıt"ın şərəfini qoruyacaq. Qeyd edək ki, Emil Mustafayev ötən mövsüm komandanın heyətində keçirdiyi 14 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər