İdman
"İmişli" futbol klubunda yeni baş məşqçi təyinatı
"İmişli" futbol klubu baş məşqçi postuna Fərid Namazovu təyin edib. Oxu.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, gənc mütəxəssislə 1 illik müqavilə imzalanıb. UEFA PRO kateqoriyalı məşqçi karyerası ərzində "Qarabağ", "Səbail", həmçinin Azərbaycanın aşağı yaş qrupları və U-21 milli komandalarında çalışıb. Qeyd edək ki, Fərid Namazov "İmişli" üçün yad sima deyil. Məhz onun rəhbərliyi altında komanda 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.
Mənbə
oxu.az