İdman

"Neftçi" Sloveniyada məğlub olub

02 Jul 2026, 22:48 1 baxış
"Neftçi" Sloveniyada məğlub olub
Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Neftçi" klubu bu gün ilk yoxlama oyununa çıxıb. Oxu.Az xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın "ÇFR Kluj" komandası ilə üz-üzə gəlib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, Yuri Vernidubun rəhbərlik etdiyi komanda növbəti yoxlama matçlarını iyulun 6-da "Partizan" (Serbiya), iyulun 10-da "Radniçki Niş" (Serbiya), iyulun 13-də isə "Osiyek" (Xorvatiya) klublarına qarşı keçirəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər