İdman

Məşhur ispan yarımmüdafiəçi yaşıl meydanlarla vidalaşdı - FOTO

02 Jul 2026, 20:12 1 baxış
Məşhur ispan yarımmüdafiəçi yaşıl meydanlarla vidalaşdı - FOTO
İspaniya yığmasının heyətində iki dəfə Avropa çempionluğu sevinci yaşamış 41 yaşlı məşhur yarımmüdafiəçi Santi Kazorla peşəkar futbol karyerasına nöqtə qoyub. Oxu.Az xəbər verir ki, futbolçu bunu sosial şəbəkə hesabında açıqlayıb. Təcrübəli oyunçu zəngin karyerası ərzində İspaniyada "Vilyarreal" və "Malaqa", İngiltərədə "Arsenal", həmçinin Qətərdə "Əs-Sədd" kimi tanınmış klubların şərəfini qoruyub. O, Londonun "Arsenal" klubunun heyətində üç dəfə İngiltərə Kubokunu və Superkubokunu başı üzərinə qaldırmağı bacarıb. S.Kazorla İspaniya milli komandasının qızıl dövründə yer alaraq, 2008 və 2012-ci illərdə Avropa çempionu adını qazanıb. Qeyd edək ki, ulduz yarımmüdafiəçi 2023-cü ildən etibarən futbola başladığı doğma "Ovyedo" (İspaniya) klubunun formasını geyinirdi. Ümumilikdə klub səviyyəsində 774 rəsmi matça çıxan Kazorla 144 qol və 156 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniya yığmasının heyətində isə o, meydana çıxdığı 81 qarşılaşmada 15 dəfə fərqlənib və 11 qolun ötürməsini verib.
Məşhur ispan yarımmüdafiəçi yaşıl meydanlarla vidalaşdı - FOTO Məşhur ispan yarımmüdafiəçi yaşıl meydanlarla vidalaşdı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər