İdman

"Qəbələ" milli komandamızın qolkiperi barədə qərar verdi

02 Jul 2026, 18:08 1 baxış
"Qəbələ" milli komandamızın qolkiperi barədə qərar verdi
"Qəbələ" klubu qapıçısı Səlahət Ağayevlə müqavilənin müddətini uzadıb. Oxu.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Təcrübəli qolkiper daha bir il komandanın formasını geyinəcək. Səlahət Ağayev "Qəbələ"nin heyətində ümumilikdə 87 oyun keçirib. O, 2022/2023, 2024/2025 və 2025/2026 mövsümlərində komandanın uğurları üçün mübarizə aparıb. Qeyd edək ki, qolkiper Azərbaycan milli komandasının heyətində 22 oyuna çıxıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər