İdman
Messinin hava limanında yoxlanışı komanda yoldaşlarını güldürdü - VİDEO
Dünya Çempionatının 1/16 final mərhələsinə yollanan Argentina milli komandası və komandanın kapitanı Lionel Messi hava limanında təyyarəyə minməzdən əvvəl gücləndirilmiş təhlükəsizlik yoxlanışı ilə üzləşib. Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Coş Çavis özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb. Uzadılmış yoxlanış proseduru argentinalıların əhvali-ruhiyyəsinə heç bir təsir göstərməyib - futbolçular radar-detektorla yoxlanış zamanı zarafatlaşaraq gülüblər.
Qeyd edək ki, 1/16 final mərhələsi çərçivəsində Argentina millisi iyulun 4-də Bakı vaxtı ilə saat 02:00-da Mayamidə Kabo-Verde komandasına qarşı mübarizə aparacaq. Xatırladaq ki, dünya çempionatı ABŞ, Meksika və Kanadada keçirilir. Tarixdə ilk dəfə olaraq 48 komandanın iştirak etdiyi bu turnirə iyulun 19-da yekun vurulacaq. Argentina yığması hazırkı dünya çempionu titulunu daşıyır.

Mənbə
oxu.az