İdman
"Şəfa"dan yeni transfer: Rumıniyalı müdafiəçi Bakı klubunda - FOTO
"Şəfa" növbəti transferini reallaşdırıb. Bu barədə Oxu.Az-a klubun mətbuat xidmətindən bildirilib. Bakı klubu rumıniyalı müdafiəçi Andrey Fernando Draqunu heyətinə qatıb. 26 yaşlı rumıniyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Draqu son olaraq "Unirya" klubunda çıxış edib. Qeyd edək ki, futbolçu karyerası ərzində "Vitorul", "Botoşani" və "Universitatya" kimi komandaların formasını geyinib.
Mənbə
oxu.az