Digər
Venesuela 7 günlük milli matəm elan etdi
Həyatını itirənlərin xatirəsinə bu gün saat 18:00-dan etibarən yeddi günlük milli matəm elan edirəm.
Axar.az xəbər verir ki, bunu Venesuela prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriges sosial media hesabında yazıb.
“Bu çətin günlərdə fəlakətdən zərər çəkənlərin ağrısını ürəkdən bölüşürük və onların yanında olmağa, onları qorumağa davam edəcəyimizə söz veririk. Bütün Venesuela böyük itki səbəbindən dərin kədər və yas içindədir” , - o bildirib.
Qeyd edək ki, 25 uyuna keçən gecə baş verən iki ardıcıl zəlzələ nəticəsində 2295 nəfər ölüb, 11267 nəfər yaralanıb.
Mənbə
axar.az