İdman
Seneqal yığmasında qalmaqal: Məşhur futbolçu millidə oynamaqdan imtina etdi
Yarımmüdafiəçi Pap Qeye Pap Tsyavın rəhbərlik etdiyi hazırkı məşqçilər korpusu iş başında olduğu müddətdə futbol üzrə Seneqal millisində meydana çıxmaqdan imtina edib. Oxu.Az xəbər verir ki, bu barədə P.Qeye özünün "Instagram" səhifəsində məlumat yayıb. "Turnirlə vidalaşmağımız barədə daha sonra danışacağam. Lakin bu gün bildirmək istəyirəm ki, hazırkı məşqçilər korpusunun rəhbərliyi altında milli komandadakı çıxışlarıma fasilə verirəm", - deyə futbolçu qeyd edib. Xatırladaq ki, Seneqal millisi dünya çempionatının 1/16 final mərhələsində əlavə vaxtda Belçika yığmasına 2:3 hesabı ilə məğlub olub. Qeye komandası 2:0 hesabı ilə öndə olarkən - 66-cı dəqiqədə əvəzlənib. Meydanı tərk edərkən futbolçu baş məşqçi Tsyavın qərarından narazılığını gizlətməyib. Qeyd edək ki, 27 yaşlı Qeye Seneqal millisinin tərkibində Afrika Millətlər Kubokunun qalibi (2021) və gümüş mükafatçısı (2025) adını qazanıb.
Mənbə
oxu.az