İdman
"Qarabağ" bir gündə ikinci məğlubiyyətini alıb
Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" növbəti yoxlama oyununu keçirib. Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi hazırlıq çərçivəsində Macarıstanın "Ferentsvaroş" komandası ilə qarşılaşıb və görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bundan əvvəl "Qarabağ" Ukraynanın "Xarkov" klubu ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşma ukraynalıların 6:2 hesablı üstünlüyü ilə yekunlaşıb. "Qarabağ"ın heyətində qollara 48-ci dəqiqədə yeni transfer Jali Muaddib və 68-ci dəqiqədə penaltidən Kadi Borges imza atıblar. Xatırladaq ki, Avstriya toplanışına uğurlu başlayan Qurban Qurbanovun yetirmələri ilk sınaq oyununda yerli "Tirol" klubunu 4:0 hesabı ilə məğlub etmişdi.
Mənbə
oxu.az