Digər
Netanyahunun xaosu təşviq edən siyasəti var – Fidan
İran məsələsində ABŞ-la əldə olunan razılaşmadan məmnun olduğumuzu ifadə etdik. İranın Mərkəzi Asiyaya çıxışı var. Buna görə də İranın siyasəti Mərkəzi Asiya ölkələrini də maraqlandırır. Bu məsələni də müzakirə etdik.
Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan qeyd edib.
“Netanyahunun regionda xaosu, qeyri-sabitliyi, müharibəni, soyqırımı və dağıntıları təşviq edən siyasəti var. Bu siyasətin qarşısının alınması üçün Türkiyə olaraq müttəfiqlərimizlə müzakirələr aparırıq”, - Fidan bildirib.
Mənbə
axar.az