Digər
1589-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1589-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 673 təyyarəsi, 284 helikopteri, 172 573 PUA-sı, 664 zenit-raket kompleksi, 29 985 tank və digər zirehli texnikası, 1 751 reaktiv yaylım atəş sistemi, 35 585 artilleriya və minaatanı, 65 333 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Mənbə
axar.az