Kreml Kadırovdan imtina edir - Adı siyahıya salınmadı
Çeçenistan rəhbəri Ramzan Kadırov uzun illərdən sonra ilk dəfə olaraq Dövlət Duması seçkilərində Vahid Rusiya Partiyasının namizədləri arasında yer almayıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, siyahıda Dövlət Dumasının deputatları Şamsail Saraliyev, Ruslan Leçhaciyev və Əhməd Doqayev, eləcə də Çeçenistanın Baş naziri Maqomed Davudov, onun birinci müavini İsa Tumhaciyev və administrasiya rəhbəri Qalas Taymasxanov yer alır. Eləcə də Çeçenistan rəhbərinin digər müttəfiqi Adam Delimxanov təkmandatlı seçki dairəsində Vahid Rusiyadan namizəd olub”, - məlumatda deyilib.
Qeyd edək ki, Kadırov 2007-ci ildən bəri parlament seçkilərində Vahid Rusiyanın regional qrupuna rəhbərlik edir.