Digər

Qalibafın müsahibəsi niyə kəsildi? - Komandası narazılıq etdi

01 Jul 2026, 13:04 10 baxış
Qalibafın müsahibəsi niyə kəsildi? - Komandası narazılıq etdi

İran dövlət televiziyası dünən ABŞ-la danışıqlarda İranın əsas nümayəndəsi Məhəmməd Bağır Qalibafla müsahibənin yayımını dayandırıb və bu, onun komandasının tənqidinə səbəb olub.


Axar.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” parlamentin media mərkəzinə istinadla məlumat yayıb.


“Bu müsahibə yayımdan iki saat əvvəl İran İslam Respublikasının Yayım Korporasiyasına (İRİB) təqdim edilmişdi. Təəssüf ki, müsahibənin yayımı kəsildi. Əgər İRİB rəhbərliyi prosedurlara zidd olaraq onun hər hansı hissəsini yayımlamamaq qərarına gəlibsə, bu, əvvəlcədən parlamentin media mərkəzi ilə razılaşdırmalı idi”, - mərkəzdən bildirilib.


Məlumata görə, yayımdan çıxarılan hissələrdə BMT-nin nüvə nəzarəti qurumunun yoxlamaları, İranın dondurulmuş aktivləri və 300 milyard dollarlıq yenidənqurma krediti ilə bağlı məsələlərdən bəhs olunurdu.


Məsələ ilə bağlı dövlət televiziyasından isə bildirilib ki, müsahibə iki hissəyə bölünüb və ikinci hissəsi çərşənbə günü yayımlanacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər