Digər

Xamenei Ejeini vəzifədən uzaqlaşdırır

01 Jul 2026, 13:42 1 baxış
Xamenei Ejeini vəzifədən uzaqlaşdırır

İranın Məhkəmə-Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Möhsün Ejei səlahiyyət müddəti başa çatdıqdan sonra vəzifədə saxlanılmayacaq.


Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat verib.


Məlumata görə, İran ali rəhbəri Müctəba Xamenei Ejeinin səlahiyyət müddətini daha beş il uzatmamaq və onun yerinə yeni şəxs təyin etmək niyyətindədir.


Ejeinin vəzifədən uzaqlaşdırılması məhkəmə islahatlarından daha çox, Müctəba Xameneinin əsas dövlət qurumlarında özünə yaxın şəxsləri ön plana çıxarmağa yönəlmiş daha geniş kadr dəyişikliklərinin tərkib hissəsi kimi dəyərləndirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər