Digər

İran əsilli yəhudi ABŞ-ın BMT-dəki müşaviri təyin edildi

01 Jul 2026, 10:50 1 baxış
İran əsilli yəhudi ABŞ-ın BMT-dəki müşaviri təyin edildi

İran əsilli Elham (Ellie) Kohanim ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyində baş siyasət müşaviri vəzifəsinə təyin olunub.


Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts məlumat verib.


Uolts bildirib ki, Tehranda anadan olan Kohanim 1979-cu ildə İslam İnqilabından və yəhudi icmasına qarşı təzyiqlərin artmasından sonra ailəsi ilə birlikdə ABŞ-a köçüb və Nyu-Yorkda böyüyüb:


"İran rejimini Elidən daha yaxşı tanıyan az adam var. Ailəsi İrandakı təqiblərdən qaçaraq Nyu-Yorkda yeni həyat qurub. O, bütün karyerasını ABŞ-a xidmətə, azadlığın müdafiəsinə və antisemitizmlə mübarizəyə həsr edib. BMT-də məhz belə inam və cəsarətə ehtiyac var. Onun bu mübarizədə bizimlə birlikdə olmasına şadam”.


Qeyd edək ki, Kohanim Donald Trampın ilk prezidentlik dövründə ABŞ Dövlət Departamentində Antisemitizmin Monitorinqi və Ona Qarşı Mübarizə üzrə xüsusi elçinin müavini vəzifəsində çalışıb.



Mənbə axar.az

Oxşar Xəbərlər