Cəmiyyət

Xırdalanda qapaqsız lüklə bağlı şikayətə icra hakimiyyətindən reaksiya - VİDEO

01 Jul 2026, 10:36 1 baxış
Xırdalanda qapaqsız lüklə bağlı şikayətə icra hakimiyyətindən reaksiya - VİDEO
Abşeron rayonunun Xırdalan şəhərində qapaqsız lükün hərəkət iştirakçılarına təhlükə yaratması barədə şikayət olunub. Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, Xırdalan şəhərinin Heydər Əliyev prospektində yağış sularının axıdılması üçün nəzərdə tutulan lükün qapağı yoxdur. "Açıq vəziyyətdə qalan lük həm nəqliyyat vasitələrinin sürücüləri, həm də piyadalar üçün ciddi təhlükə yaradır", - deyə şikayətdə bildirilir. Oxu.Az-ın sorğusuna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, problem artıq aradan qaldırılıb, lük qapaqla təmin olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər