Digər
Ukrayna nə qədər ərazini işğaldan azad edib?
2026-cı ilin əvvəlindən etibarən Ukraynanın Müdafiə Qüvvələri düşməndən 670 kvadrat kilometrdən çox ərazisi təmizləməyə nail olub.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib.
Onun sözlərinə görə, xüsusilə Krımda rusları zəiflətmək, onun logistikasını iflic etmək, cəbhəyə qoşunların və sursatın daşınmasının qarşısını almaq üçün genişmiqyaslı tədbirlər həyata keçirilir.
Sırski bildirib ki, bütün bu addımlar düşmənin arxa cəbhəsini iflic etmək məqsədi daşıyır.
"Əlbəttə ki, məqsəd həm də onların bütün strateji və operativ-strateji daşımalarını pozmaqdır", – deyə o əlavə edib və bu mürəkkəb planın uğurla həyata keçirildiyini vurğulayıb.
Mənbə
axar.az