Digər

Bu, Amerikaya qarşı sığortamızdır - Qalibaf

01 Jul 2026, 01:11 2 baxış
Bu, Amerikaya qarşı sığortamızdır - Qalibaf

Uranın zənginləşdirilməsi İranın nüvə məsələsində "qırmızı xətti"dir.


Axar.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf müsahibəsində deyib.


"Nüvə sahəsində, təbii ki, biz NPT-nin (Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin) üzvləriyik və MAQATE (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) ilə əməkdaşlıq edirik. Bu sahədəki qırmızı xəttimiz aydındır; zənginləşdirmə bizim hüququmuzdur", - o bildirib.


Qalibafın sözlərinə görə, İran NPT üzrə öhdəliklərə əməl edir:


"Lakin bu məsələ müzakirə mövzusu deyil. Bunlar bizim gücümüzün tərkib hissələri və Amerikaya qarşı sığortadır".

Mənbə axar.az

Oxşar Xəbərlər