Digər

Haluk Leventin qardaşı həbs edildi

30 Jun 2026, 21:58 1 baxış
Haluk Leventin qardaşı həbs edildi

Türkiyədə İstanbul Anadolu Baş Prokurorluğunun Şile Bələdiyyəsi ilə bağlı apardığı istintaq çərçivəsində 18 şübhəlidən 17-si saxlanılıb.


Axar.az Axşam.az-a istinadən xəbər verir ki, sayca üçüncüsü keçirilən əməliyyat zamanı saxlanılanlardan 13-ü həbs edilib, 4-ü isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.


Həbs olunanlar arasında müğənni Haluk Leventin qardaşı Berkant Acil də olub. Acil həbsxanaya göndərilib.


Həbs olunanlar "cinayətkar təşkilat yaratmaq və üzv olmaq", "rüşvət", "hədə-qorxu ilə pul tələb etmək" və "tender saxtakarlığı" kimi cinayətlərdə ittiham olunurlar.

Mənbə axar.az

Oxşar Xəbərlər