Digər
Starmer müdafiə üçün əlavə 15 milyard funt-sterlinq ayırır
Böyük Britaniyanın Baş naziri Keyr Starmer müdafiə xərclərinə əlavə 15 milyard funt-sterlinq ayıracağını açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə BBC Nyus məlumat yayıb.
Starmerin sözlərinə görə, Böyük Britaniyanın illik müdafiə xərcləri 2029-cu ilə qədər 80 milyard funt-sterlinqə çatacaq. Bu artımı maliyyələşdirmək üçün hökumət bəzi yol və enerji layihələrini ləğv etmək niyyətindədir.
Starmer çıxışında hərbi xərclərin artmasının dəyişən beynəlxalq mühitlə əlaqəli olduğunu vurğulayıb.
"Dünya silahlandıqda və aqressiya artdıqda, müharibədən qaçmağın ən yaxşı yolu buna hazır olmaqdır", - deyə o bildirib.
Mənbə
axar.az