Digər

Ali Məhkəmə Trampın qərarını ləğv etdi

30 Jun 2026, 21:30 2 baxış
Ali Məhkəmə Trampın qərarını ləğv etdi

ABŞ Ali Məhkəməsi prezident Donald Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran qərarını ləğv edib.


Axar.az xəbər verir ki, altı hakimdən beşi bu hüququn ABŞ Konstitusiyası ilə təmin olunduğunu müəyyən edib.


Digəri isə bu təfsirlə razılaşmayıb, qərarı federal qanunla ziddiyyət təşkil etdiyi üçün etibarsız hesab edib.


Qeyd edək ki, Tramp 20 yanvar 2025-ci ildə andiçmə mərasimindən sonra doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran sərəncam imzalayıb.


Qərara əsasən, qanunsuz miqrantların ABŞ-da doğulan övladlarına bu ölkə vətəndaşlığının verilməsi qadağan edilirdi.

Mənbə axar.az

Oxşar Xəbərlər