Digər
Türkiyə S-400-ləri bu ölkəyə sata bilər
Türkiyənin ABŞ-dan F-35 qırıcıları almaq üçün Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini Cənubi Koreyaya sata biləcəyi iddia olunur.
Axar.az xəbər verir ki, bu barədə “Avroaktiv” (Euractiv) nəşri məlumat yayıb.
Nəşrin iddiasına görə, Ankara S-400 sistemlərini Rusiyaya qaytarmaq əvəzinə Cənubi Koreyaya satmağı nəzərdən keçirir. Bu addım Türkiyənin F-35 proqramına qayıtmasına şərait yarada bilər.
Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp Türkiyəyə F-35-lərin satışı məsələsində güzəştə gedə bilər.
Türkiyəyə F-35 satışının mümkünlüyü isə Yunanıstan və İsraildə narahatlıq doğurur.
Mənbə
axar.az