Digər

Qərbi Azərbaycanda atışma: 6 kürd silahlı öldürüldü

30 Jun 2026, 17:21 2 baxış
Qərbi Azərbaycanda atışma: 6 kürd silahlı öldürüldü

Qərbi Azərbaycan əyalətinin Mahabad rayonunun İraqla sərhəd bölgəsində silahlı şəxslərlə SEPAH qüvvələri arasında qarşıdurma olub.


Axar.az xəbər verir ki, bu haqda SEPAH-ın Həmzə Seyyid əl-Şüjəda qərargahının quru qoşunları məlumat yayıb.


Məlumata görə, ölkəyə sızmaq istəyən silahlı kürd qruplaşmalarının 6 üzvü öldürülüb, 4-ü həbs edilib və onlardan çox sayda silah-sursat götürülüb.


Öldürülən və saxlanılan silahlıların terrorçu və separatçı olduqları bildirilsə də, hansı qruplaşmaya mənsub olduqları barədə açıqlama verilməyib.

Mənbə axar.az

Oxşar Xəbərlər