Rusiyanın bu regionu da yanacağa məhdudiyyət qoyur
İyulun 1-dən etibarən Rusiya Federasiyasının Altay Respublikasında benzin və dizel yanacağının pərakəndə satışına məhdudiyyətlər tətbiq olunacaq.
Axar.az xəbər verir ki, bunu respublikanın başçısı Andrey Turçak deyib.
Onun sözlərinə görə, tədbirlər 1 sentyabr tarixinə qədər qüvvədə olacaq və süni ajiotajın qarşısını almağa yönəlib.
Qeyd edək ki, Rusiyanın bir çox regionunda yanacaq problemləri yaranıb. Artıq Kuybışev, Kurqan, Samara, Çelyabinsk, Voloqda, Omsk və s. vilayətləri, o cümlədən Dağıstan Respublikası və Saxa Respublikasında yanacaq satışlarına məhdudiyyət qoyulub. İşğal altındakı Krımda, həmçinin Moskvada yanacaq çatışmazlığı yaşanır.
Buna səbəb Ukrayna ordusunun NEZ-lərə zərbələr endirməsidir.