Digər

MDB Dövlət Başçıları Şurası iclasının tarixi açıqlandı

30 Jun 2026, 16:15 1 baxış
MDB Dövlət Başçıları Şurası iclasının tarixi açıqlandı

MDB Dövlət Başçıları Şurasının iclası oktyabrın 9-da Türkmənistanda keçiriləcək.


Axar.az xəbər verir ki, bunu MDB-nin Baş katibi Sergey Lebedev deyib.


O bildirib ki, bu gün MDB-nin İcraiyyə Komitəsində təşkilata üzv ölkələrin daimi nümayəndələrinin toplantısında oktyabrın 7-də Türkmənistanın Avaza şəhərində keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının və oktyabrın 9-da eyni şəhərdə baş tutacaq MDB Dövlət Başçıları Şurasının iclaslarının gündəliyində yer alacaq məsələlər müzakirə olunacaq:


“Artıq indidən görürəm ki, gündəliyə daxil edilən təkliflər kifayət qədər əhatəli və sanballıdır. Biz hələ bu gündəliyi təsdiqləmirik, sadəcə burada təqdim olunan təklifləri nəzərdən keçiririk”.

Mənbə axar.az

Oxşar Xəbərlər