Digər
İtaliyada isti hava səbəbindən 4 nəfər öldü
İtaliyada Afrikadan gələn isti hava dalğası nəticəsində son 24 saatda 4 nəfər həyatını itirib.
Axar.az xəbər verir ki, bu barədə İtaliyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 25 şəhərdə, o cümlədən Roma, Milan və Florensiyada “qırmızı” həyəcan elan edib. Son 10 gündə ölkədə istilərlə bağlı ən azı 10 nəfər ölüb.
Meteoroloqlar bildirirlər ki, isti hava dalğasının sabahdan etibarən zəifləməsi və yağışların başlaması gözlənilir.
Mənbə
axar.az