Digər

Suriyada İsraillə toqquşma baş verdi – Şaradan reaksiya

30 Jun 2026, 16:53 2 baxış
Suriyada İsraillə toqquşma baş verdi – Şaradan reaksiya

Suriya Prezidenti Əhməd əş-Şara İsraili ölkənin cənubunda sabitliyi pozmağa cəhd göstərməkdə ittiham edib.


Axar.az xəbər verir ki, bu barədə Suriyanın "Əl-İxbariyyə" telekanalı məlumat yayıb.


“İsrail yenidən ölkəmizi bitməyən xaos meydanına çevirmək, xalqımızın birliyini sarsıtmaq və Suriyanın yenidən qurulması prosesini zəiflətmək istəyir. Suriya xarici qüvvələrin planlarının sınaq meydanı və başqalarının maraqlarının həyata keçirildiyi məkan deyil”, - Şara bildirib.


Qeyd edək ki, ötən gün Suriyanın cənubunda İsrail qüvvələri ilə yerli qruplar arasında toqquşmalar barədə məlumat yayılmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər