Digər

Tokayev elan etdi: Köklü dəyişikliklər başlayır

30 Jun 2026, 15:27 22 baxış
Tokayev elan etdi: Köklü dəyişikliklər başlayır

Qazaxıstan dövlət idarəçiliyində genişmiqyaslı islahatlara başlayır.


Axar.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev parlament iclasında deyib.


Tokayev qarşıdakı dəyişiklikləri Qazaxıstan dövlətçiliyinin təməlinin əsaslı təmiri adlandırıb:


“Növbəti iki ildə ayrı-ayrı dövlətlər də daxil olmaqla, qlobal birlik iqtisadi planların həyata keçirilməsində ciddi çətinliklərlə üzləşə bilər. Lakin ruhdan düşmək və panikaya qapılmaq olmaz. Hökumət mümkün qədər fəal və sürətli işləməlidir. Ölkənin dayanıqlı inkişafını təmin etmək üçün inflyasiya mümkün olan ən aşağı səviyyəyə endirilməli, iqtisadi inkişaf tempi isə azalmamalıdır. Əksinə, göstəricilərimizi artırmalıyıq. Ölkədə dövlət idarəçiliyi sisteminin köklü islahatına rəsmi olaraq start verilir. Başqa sözlə, Qazaxıstan dövlətçiliyinin təməlini əsaslı şəkildə yeniləməyi, ölkənin müstəqilliyinin dayaqlarını və təməl sütunlarını sarsılmaz etməyi qarşıya məqsəd qoymuşuq”.

Mənbə axar.az

Oxşar Xəbərlər