Siyasət

Safi Arpaquş: "Bu gün islam dünyasını bürüyən iki növ cəhalətdən danışa bilərik"

30 Jun 2026, 12:51 2 baxış
Safi Arpaquş: "Bu gün islam dünyasını bürüyən iki növ cəhalətdən danışa bilərik"
"Bu gün islama və müsəlmanlara qarşı mütəşəkkil bir qavrayış əməliyyatının mövcudluğu hamımıza məlumdur. Bundan əlavə, islam cəmiyyətlərinin dini düzgün anlamaqda ciddi problemlər yaşadığı aydındır". Oxu.Az-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşündə deyib. O bildirib ki, cəmiyyətlərdə din anlayışının səhv olması dinin istismarına yol açır: "Etnik və məzhəb ayrılıqlarını münaqişə səbəbinə çevirən bu vəziyyət, zorakılıq, təkfir (kimisə kafir elan etmək) və terrorizm kimi məsələlərin həyata nüfuz etməsinin ən vacib səbəblərindən biridir. Bu məqamda dini qurumlarımız daha çox təşəbbüs göstərməlidirlər. Qurumlarımız ilk növbədə dəqiq məlumatlarla əlaqələrini gücləndirməlidirlər. Həqiqətən də, birliyə ən böyük maneə və bölünmənin əsasını təşkil edən ən fundamental amil cəhalətdir..." "Bu gün islam dünyasını bürüyən iki növ cəhalətdən danışa bilərik. Bunlardan biri müqəddəs kitabımızı, sevimli peyğəmbərimizi və şanlı sivilizasiyamızı bilmək və anlamaq baxımından yaşanan cəhalət, digəri isə islam torpaqlarına qarşı oynanan oyunlar və ssenarilər barədə cəhalətdir. Buna görə də, əvvəlcə bu iki cəhalət forması ilə mübarizə aparmalıyıq. Ortaq bir anlayış yaratmalı və dövrün və ümmətin problemlərinə islam baxımından ağlabatan və tətbiq olunan həllər təqdim etməliyik. Birgə layihələr vasitəsilə hərtərəfli, intizamlı və uzunmüddətli tədqiqatlar aparmaq məcburiyyətindəyik", - deyə çıxışçı əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər