Cəmiyyət

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

30 Jun 2026, 12:56 2 baxış
Kəmaləddin Heydərovdan yeni TƏYİNAT
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib. Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə daxili xidmət polkovnik-leytenantı Hikmət Əliyev sözügedən vəzifəyə təyin olunub. Qeyd edək ki, polkovnik-leytenantı Hikmət Əliyev bundan əvvəl DYNX-nın Şimal Regional Dövlət Yanğın Nəzarəti idarəsinin rəisi vəzifəsində çalışıb. FHN-dən bildirilib ki, bununla bağlı əmr bir müddət əvvəl imzalanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər