Siyasət

BTQ Kanakidə seçkidə qalib gələn müstəqillik tərəfdarlarını təbrik edib

30 Jun 2026, 11:36 3 baxış
BTQ Kanakidə seçkidə qalib gələn müstəqillik tərəfdarlarını təbrik edib
Bakı Təşəbbüs Qrupu (BTQ) Kanakidə əyalət seçkisində əldə etdikləri uğurlu nəticələr münasibətilə Kanakidəki dostları - müstəqillik tərəfdarı qüvvələrini təbrik edib. Oxu.Az xəbər verir ki, bu barədə BTQ-nin yaydığı bəyanatda bildirilib. Bildirilib ki, rəsmi nəticələr mövcud siyasi reallığı aydın şəkildə əks etdirir: müstəqillik tərəfdarı olan siyasi qüvvələr arxipelaqın mühafizəkar və loyalist qüvvələri üzərində həm strateji, həm də demokratik baxımdan mühüm qələbə qazanıb: "Bu seçki 2024-cü ildə baş vermiş gərginliklərin təsiri, ərazinin gələcək idarəetmə statusu ətrafında aparılan müzakirələr, Fransa hökumətinin propaqandası, yerli müstəmləkəçi sağ qüvvələrin təzyiqləri və seçici korpusunun süni genişləndirilməsi ilə bağlı hökumətin birtərəfli qərarları fonunda olduqca mürəkkəb şəraitdə keçirilib. Seçici korpusunun dondurulmuş statusunun ləğvinə və yerli xalqın səsinin təcrid olunmasına yönəlmiş cəhdlərə baxmayaraq, müstəqillik tərəfdarı olan qüvvələrin birliyi müstəmləkəçi qüvvələr qarşısında siyasi üstünlüyünü təsdiqlənib: Tam suverenlik uğrunda qazanılmış 26 mandat. Bu yeni siyasi qüvvələr nisbəti ölkənin gələcək idarəetmə modelinin formalaşmasında azadlıq və öz müqəddəratını təyinetmə uğrunda mübarizə aparan vətənpərvər qüvvələrin rolunu və təsir imkanlarını daha da gücləndirir. Bakı Təşəbbüs Qrupu Kanak xalqının qəhrəman müqavimətini yüksək qiymətləndirir. Kanaki-Yeni Kaledoniya Konqresində yaranmış bu yeni siyasi vəziyyət göstərir ki, nə təzyiqlər, nə də rəsmi Parisin köçkün müstəmləkəçilərin varislərinin maraqlarına kör-koranə dəstəyi ayaqda duran bir xalqın azadlıq istəyini söndürə bilməz. Fransanın əlaltılarının siyasi məğlubiyyəti müstəmləkəçi hakimiyyət, o cümlədən Fransa müstəmləkəçiliyi altında olan digər ərazilər üçün mühüm dərsdir: öz müqəddəratını təyinetmə hüququ ayrılmaz hüquqdur və tarixi legitimlik həmişə müstəmləkəçilik nəticəsində yaradılmış faktiki vəziyyətə üstün gəlir. Bu məsələ Fransanın öz siyasi maraqlarına uyğun şəkildə birtərəfli qaydada həll edə biləcəyi daxili məsələ deyil, beynəlxalq hüquq çərçivəsində müstəmləkədən azad olunma məsələsidir. Bakı Təşəbbüs Qrupu Kanaki-Yeni Kaledoniyanın müstəqillik tərəfdarı qüvvələri, eləcə də öz müqəddəratını təyinetmə hüququnun tanınması və müstəmləkədən azad olunma prosesinin başa çatdırılması uğrunda sülh yolu ilə mübarizə aparan bütün səslərlə həmrəyliyini bir daha təsdiqləyir".
Mənbə oxu.az

Oxşar Xəbərlər