Cəmiyyət
Nazir: "Müəllim yazıq deyil, hamısı 500 manat almır"
"Ölkənin elm və təhsil naziri olaraq düşünürəm ki, müəllimlərin əməkhaqqısı nə qədər yuxarı olsa, o qədər yaxşıdır. Lakin bununla bağlı büdcə siyasəti var. Nazirlik icraedici orqandır". Bu fikirləri Oxu.Az-ın sualına cavab olaraq elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib. O bildirib ki, müəllimlərin əməkhaqqısı ölkədə ən aşağı əməkhaqqı deyil: "Cəmiyyət müəllimi necə qəbul edirsə, müəllim özünü cəmiyyətə necə təqdim edirsə, bu da təhsilin bir formasıdır. Müəllim yazıq deyil, müəllim peşəkardır. Bütün müəllimlər 500 manat almır. Müəllim məktəbdənkənar biliyini satırsa, yaxşı edir. Qısası, müəllimin özünü yazıq kimi təqdim etməsi də yanlışdır, cəmiyyətin müəllimi yazıq kimi görməsi də yanlışdır. Gəlin müəllimləri yazıq kimi qəbul etməyək".
Mənbə
oxu.az