Cəmiyyət
Nə qədər müəllim 1300 manat maaş alır? - Nazir rəqəmləri AÇIQLADI
"2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqısı təxminən 4 dəfəyədək artaraq 2026-cı ilin sentyabr ayı üzrə 1 030 manata çatıb". Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib. Nazir bildirib ki, müəllimlərin əməkhaqqısındakı artımda sertifikatlaşdırma mexanizmi də mühüm rol oynayıb. Təqdim olunan statistikaya əsasən, sertifikatlaşdırmada yüksək nəticə göstərərək əməkhaqqısına 35 faiz əlavə alan 30 590 müəllimin orta aylıq əməkhaqqısı 1 300 manat təşkil edir. Sertifikatlaşdırmada uğur qazanaraq əməkhaqqısına 10 faiz əlavə alan 60 818 müəllimin orta aylıq əməkhaqqısı isə 1 010 manatdır. Bununla yanaşı, sertifikatlaşdırmada iştirak etməyən və ya birinci cəhddə uğur qazanmayan 23 984 müəllimin orta aylıq əməkhaqqısı 770 manat səviyyəsindədir. Nazir qeyd edib ki, təqdim olunan göstəricilər 2026-2027-ci tədris ili üzrə ehtimal olunan "gross" (vergilər və digər tutulmalar çıxılmamış) əməkhaqqını əks etdirir.
Mənbə
oxu.az