Digər

İsrail kosmosdan zərbə endirəcək silah hazırlayır

30 Jun 2026, 10:13 1 baxış
İsrail kosmosdan zərbə endirəcək silah hazırlayır

İsrail Yer səthindən kənarda yerləşən platformadan zərbələr endirmək üçün kosmik lazer sistemləri hazırlayır.


Axar.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz deyib.


O bildirib ki, hazırda bu istiqamətdə işləmək üçün ölkənin ən yaxşı mütəxəssisləri cəlb olunur:


“İsrail bu sahədə dünyada lider dövlətə çevrilməyi hədəfləyir. Buna nail olsaq, bu bizə daha böyük resurslara malik düşmənlərimizlə müqayisədə çəkindirmə, hücum və hədəfləri məhv etmə imkanlarında, eləcə də digər bütün sahələrdə üstünlük qazandıracaq”.

Mənbə axar.az

Oxşar Xəbərlər