Cəmiyyət

Nazir müəllimlərin maaşından danışdı: 4 dəfəyə qədər artım...

30 Jun 2026, 10:45 2 baxış
Nazir müəllimlərin maaşından danışdı: 4 dəfəyə qədər artım...

2014-cü illə müqayisədə Azərbaycanda müəllimlərin əmək haqqı 4 dəfəyə qədər artıb.


Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.


O bildirib ki, müəllim heyətinin orta aylıq əmək haqqı 1030 manatdır:


"Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üzrə (35% əlavə alanlar) 30 590 nəfərin orta aylıq əməkhaqqısı 1300 manat, sertifikatlaşdırmada uğur qazanmış heyət üzrə (10% əlavə alanlar) 60 818 nəfərin orta aylıq əmək haqqı 1010 manat, sertifikatlaşdırmada iştirak etməyən və ya I cəhddə uğur qazanmayan heyət üzrə 23 984 nəfərin orta aylıq əmək haqqı 770 manatdır".

Mənbə axar.az

Oxşar Xəbərlər