Digər

ABŞ yeni "LRASM" raketini sınaqdan keçirdi

30 Jun 2026, 09:43 1 baxış
ABŞ yeni "LRASM" raketini sınaqdan keçirdi

ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) "B-2 Spirit" strateji bombardmançı təyyarəsi Sakit okean akvatoriyasında keçirilən təlimlər zamanı ən yeni uzunmənzilli gəmi əleyhinə "LRASM" raketi vasitəsilə hədəf gəmini məhv edib.


Axar.az xəbər verir ki, bu barədə ABŞ HHQ-nin Qlobal Zərbə Komandanlığı X hesabında məlumat yayıb.


"Təyyarə böyük məsafələrdə strateji obyektlərə zərbə endirmək qabiliyyətini təsdiqləyib", - komandanlıq qeyd edib.


Fəaliyyət mənzili 800 km olan raketin sınaq buraxılışı Marian adalarından şimalda yerləşən ərazidə həyata keçirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər