Digər

Trampa 321 brilyant qaşlı qızıl üzük hədiyyə edildi - Foto

30 Jun 2026, 09:50 1 baxış
Trampa 321 brilyant qaşlı qızıl üzük hədiyyə edildi - Foto

Antverpen Ümumdünya Almaz Mərkəzi (AWDC) Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250 illik yubileyi münasibətilə ölkə prezidenti Donald Trampa qızıl üzük hədiyyə edib. Qiymətli əşya ABŞ-ın Belçikadakı səfiri Bill Vayta təqdim olunub.


Axar.az xəbər verir bu barədə mərkəzin Feysbuk səhifəsində məlumat yayılıb.


Bildirilib ki, sözügedən üzük 321 ədəd təbii brilyant və əlavə olaraq 75 müxtəlif qiymətli daşla bəzədilib.


Antverpen zərgərləri qeyd edib ki, zinət əşyasının hazırlanması zamanı yalnız təbii brilyantlardan istifadə edilib:


"Təbii və süni almazları adi gözlə bir-birindən fərqləndirmək mümkün deyil, lakin onların mənşəyi, bənzərsizliyi, dəyəri və statusu baxımından ciddi fərqlər mövcuddur".

Mənbə axar.az

Oxşar Xəbərlər