Digər
Çindən Rusiya və Ukraynaya: Tez bir zamanda...
Çin Rusiya və Ukraynaya münaqişənin sülh yolu nizamlanması üçün müraciət edib.
Axar.az xəbər verir ki, bu müraciəti Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Sun Ley səsləndirib.
O bildirib ki, Pekin Moskva və Kiyevi hərtərəfli və davamlı sülhə nail olmaq üçün danışıqlara mümkün qədər tez başlamağa çağırır:
"Tərəfləri danışıqları mümkün qədər tez bərpa etməyə, bir-birilərinə siyasi iradə nümayiş etdirməyə və BMT Nizamnaməsinin prinsiplərinə tam uyğun olaraq münaqişənin köklü səbəblərini aradan qaldırmağa çağırırıq".
Mənbə
axar.az