Ukraynanın uğurunun əsas səbəblərindən biri budur
Gözlənilən qaçılmaz kapitulyasiya əvəzinə dünya fərqli mənzərənin şahidi oldu: Ukrayna təşəbbüsü öz əlinə aldı.
Axar.az xəbər verir ki, bunu amerikalı analitik Rayan Kuper bildirib.
“Avropalı tərəfdaşların səfərbər edilməsi, orduda aparılan köklü islahatlar və ölkənin hərbi-sənaye kompleksinin görünməmiş sürətlə inkişafı sayəsində Kiyev nəinki müqavimət göstərə bildi, hətta Rusiyaya qarşı sistemli strateji zərbələr endirməyə başladı.
Ukraynanın uğurunun əsas amillərindən biri silahların istifadəsinə qoyulan məhdudiyyətlərdən imtina etməsi oldu. Ukraynanın uzaqmənzilli raket və pilotsuz uçuş aparatlarının üstünlüyü təkcə onların ucuz başa gəlməsində deyil, həm də tətbiq coğrafiyası ilə bağlı heç bir siyasi məhdudiyyətin olmamasındadır.
Yerli hərbi sənayenin ən diqqətçəkən nailiyyətlərindən biri 3000 kilometrə qədər uçuş məsafəsinə malik "Flaminqo" qanadlı raketi hesab olunur. Maya dəyəri 1 milyon dollardan az olan bu raket, 2,5 milyon dollar dəyərində və 2500 kilometrlik uçuş məsafəsinə malik Amerika istehsalı olan “Tomahavk” raketi ilə müqayisədə daha yüksək səmərəlilik nümayiş etdirdiyi bildirilir", - o qeyd edib.