Digər
Böyük Britaniya ilə əməkdaşlıq Azərbaycan Ordusunu necə dəyişdirəcək? - VİDEO
Baku TV-nin "Hərbi xronika" verilişinin budəfəki buraxılışında Azərbaycan və Böyük Britaniya arasında müdafiə və təhlükəsizlik sahəsində strateji əməkdaşlığın son illərdə əldə etdiyi inkişaf mərhələsi təhlil olunub.
Bildirilib ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Normanın Silahlı Qüvvələr Günü münasibətilə verdiyi bəyanat Londonun Azərbaycanla müdafiə sahəsində tərəfdaşlığa böyük önəm verdiyini və bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində siyasi iradənin mövcud olduğunu göstərir. Qeyd olunub ki, 2025-ci ilin sonunda Böyük Britaniyanın müdafiə naziri Lord Vernon Koakerin Bakıya səfəri, eləcə də 2026-2027-ci illəri əhatə edən İkitərəfli Müdafiə Əməkdaşlığı Planının imzalanması hərbi təhsil, qərargah hazırlığı, kibertəhlükəsizlik, hərbi tibb, müdafiə sənayesi və birgə təlimlər üzrə əməkdaşlığı yeni mərhələyə yüksəldib. Vurğulanıb ki, Azərbaycan zabitlərinin Böyük Britaniyanın hərbi təhsil müəssisələrində hazırlıq keçməsi, NATO standartlarına uyğun əməliyyat planlaşdırılması sahəsində əməkdaşlıq, eləcə də "Defence Cyber Marvel" kimi beynəlxalq kibertəhlükəsizlik təlimlərində birgə iştirak iki ölkənin təhlükəsizlik tərəfdaşlığını daha da gücləndirib. Diqqətə çatdırılıb ki, müdafiə sənayesi sahəsində texnologiya əməkdaşlığı, birgə istehsal imkanlarının müzakirəsi, Böyük Britaniyanın silah ixracı məhdudiyyətlərini aradan qaldırması və Bakıda daimi müdafiə attaşesinin fəaliyyətə başlaması hərbi-texniki əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradıb.

Mənbə
oxu.az