Digər

Yaponiyanın neft ehtiyatları kəskin azaldı

29 Jun 2026, 23:22 1 baxış
Yaponiyanın neft ehtiyatları kəskin azaldı

Yaponiyanın xam neft ehtiyatları ölkə tarixində ən böyük həcmdə azalıb.


Axar.az xəbər verir ki, bu barədə “Kpler” qlobal ticarət intellekti və məlumat analitikası şirkəti məlumat yayıb.


Qeyd olunub ki, azalma Hörmüz boğazının bağlanması səbəbindən baş verib. Tankerlərin hərəkəti kəskin şəkildə azaldığı üçün Yaponiya neft emalı zavodlarının fəaliyyətini davam etdirmək məqsədilə 70–100 milyon barrel strateji neft ehtiyatını dövriyyəyə buraxıb. Bu, ölkə tarixində strateji ehtiyatlardan həyata keçirilən ən böyük buraxılışdır.


Hazırda həmin neft həcmləri yenidən geri alınır ki, bu da bazarda tələbi artırır və neft qiymətlərinin kəskin ucuzlaşmasının qarşısını alır.

Mənbə axar.az

Oxşar Xəbərlər